"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxub.

Bu barədə "Səbail"lə oyundan sonra onun köməkçisi Elçin Rəhmanov məlumat verib. Onun sözlərinə görə, Qurbanov "Sivaspor"la səfər matçından qayıdarkən təyyarədə özünü narahat hiss edib. Nəticədə Bakıda testdən keçən 48 yaşlı mütəxəssisdə koronavirus aşkarlanıb. Qeyd edək ki, Qurbanov şənbə günü "Qarabağ"ın futbolçuları ilə birgə Ağdama yollana bilməmişdi.