Şahmatçımız Teymur Rəcəbov "Skilling open" turnirindəki çıxışını başa vurub.
1/4 final mərhələsinin ilk günündə Amerika Birləşmiş Ştatlarından olan rəqibi Uesli Sonu məğlub edən 33 yaşlı qrossmeysterimiz ikinci gündə eyni uğuru təkrarlaya bilməyib. Ümumi hesab bərabərləşdiyindən tərəflər tay-brek oynayıblar. Burada da heç-heçə qeydə alındığından qalibi müəyyənləşdirmək üçün armageddon oynanılıb. Rəqibinə uduzan Rəcəbov onlayn turnirlə vidalaşıb. So isə adını yarımfinala yazdırıb. Qeyd edək ki, ümumi mükafat fondu 100000 dollar olan turnirin qalibi 30000 dollara qazanacaq.