Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turun daha iki oyunu baş tutub. Günün ilk matçı Qəbələdə keçirilib.
“Qəbələ” “Neftçi”nı sınağa çəkib. Bu görüş qonaqların baş məşqçisi Samir Abasovun postunda debütü ilə əlamətdar olub. Beş qolun qeydə alındığı matç məhz qonaqların qələbəsiylə başa çatıb.
Günün digər matçında “Zirə” öz meydanında “Keşlə” ilə görüşüb. Bu oyunda isə meydan sahibləri qələbəni bayram edərək, rəqibini evdə də 3 qol vuraraq üstələyib. Xatırlarladaq ki, ilk dövrədə Rəşad Sadıqovun komandası 3:2 hesablı qələbəyə sevinmişdi.
Qeyd edək ki, turun ilk günündə “Qarabağ” “Sumqayıt”a 6:1 hesabı ilə qalib gəlib. Tura bu gün keçiriləcək “Sabah” – “Səbail” matçı ilə yekun vurulacaq.