Bu gün futbol üzrə Azərbaycan yığması Millətlər Liqasında növbəti oyununu keçirəcək.  C liqasının 1-ci qrupunda mübarizə aparan millimiz Monteneqro ilə qarşılaşacaq.

Qrup mərhələsinin 5-ci turu çərçivəsində baş tutacaq qarşılaşma Canni de Byazinin yetirmələrinin son ev oyunu olacaq. Lakin millimiz məlum səbəblərdən rəqibini ölkə xaricində - Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Laylak-İviç” stadionuna qəbul edəcək.

Qeyd edək ki, qrupun digər matçında Lüksemburqla Kipr üz-üzə gələcək.


UEFA Millətlər Liqası

C liqası, 1-ci qrup

14 noyabr


21:00. Azərbaycan – Monteneqro

Baş hakim: Sergey İvanov (Rusiya).

Zapreşiç (Xorvatiya). İvan Laylak-İviç stadionu.

Lüksemburq – 9, Monteneqro – 9, Azərbaycan – 4, Kipr – 1.