Afrika Millətlər Kubokunun seçmə mərhələsinin 3-cü turunda maraqlı oyunlar olub.
F qrupunda Kamerun millisi Mozambik seçməsini qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. İlk hissədə “Beşiktaş”da mübarizə aparan Vinsent Abubakar hesabı açıb. 28 yaşlı hücumçu fasilədən sonra dubl edib. 56-cı dəqiqədə hesab 3-0 olub. Bu dəfə Andre Frank Zambo hədəfdən yayınmayıb. 74-cü dəqiqədə qonaqlardan Kamo Kumbane toplardan birinin əvəzini çıxsa da, məğlubiyyətə mane ola bilməyib. Kamerunlulardan Klinton Nji mübarizəyə nöqtə qoyub. 4:1 hesabı ilə qalib gələn Kamerun millisi 7 xalla liderliyi ələ keçirib. 4 xalı olan Mozambik isə 2-ci pilləyə enib.
C qrupunun ilk 2 oyununda qalib gələn Qana yığması bu dəfə də azarkeşlərini sevindirib. Sudan kollektivilə görüşdə hesabı “Suonsi” klubunun hücumçusu Andre Ayu açıb. Fasiləyə üstün yollanan qanalılar ikinci yarıda da fərqlənib. Andre Ayu dubl edib. 2 cavabsız qolla qələbə qazanan Qana maksimum nəticə ilə liderdir. Sudan komandası isə 3 xalla 3-cüdür.