Rəsmi oyunlardan əvvəl hazırlığını davam etdirən komandalar yoldaşlıq görüşlərində güclərini sınayırlar. Azarkeşlərin daha böyük marağına səbəb olan qarşılaşmalardan biri London şəhərində keçirilib. İngiltərə seçməsi İrlandiya komandası ilə qarşılaşıb.

Görüşə daha yaxşı başlayan meydan sahibləri 18-ci dəqiqədə istəklərinə nail olublar. Harri Uinksin ötürməsindən sonra Harri Maquayr topu başla qapıdan keçirib. Yarım saatın tamamında fərq artıb. Müdafiəçilərdən ustalıqla yayınan Ceydon Sançonun zərbəsi qarşısıalınmaz olub. Fasilədən sonra ingiltərəli futbolçular təşəbbüsü əldən verməyiblər. 56-cı dəqiqədə hakim cərimə meydançasında kobud oyuna görə penalti təyin edib. Dominik Kalvert-Lyuin fürsətdən lazımınca istifadə edib: İngiltərə - İrlandiya 3:0.