"Neftçi"nin yeni baş məşqçisi Samir Abasovun köməkçiləri müəyyənləşib.
Onun məşqçilər korpusunda Seymur Rəhimov və Vəfadar Quliyev yer alacaq. Qeyd ed’k ki, Samir Abasov iki gün əvvəl “Neftçi”nin baş məşqçisi təyin olunub. O, “Qarabağ” 0-6 hesablı məğlubiyyətdən sonra istefaya göndərilən Füzuli Məmmədovu vəzləyib. Bu arada Azərbaycan çempionatının 10-cui turunda “Qəbələ” ilə oyuna hazırlaşan “Neftçi” yeni baş məşqçisi ilə ilk hazırlığını da keçirib. Müşahidə Şurasının da izlədiyi məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyiblər. Ötən ay dirsəyindən əməliyyat olunmuş qapıçı Səlahət Ağayev isə artıq fərdi məşqlərə başlayıb. Qeyd edək ki, "Qəbələ” – "Neftçi” oyunu noyabrın 22-si Qəbələ şəhər stadionunda keçiriləcək.