UEFA Millətlər liqası oyunlarına görə yaranan fasilədə seçmələr yoxlama matçlarında də iştirak edirlər. Belə görüşlərdən birində qardaş Türkiyə futbolçuları 2018-ci il dünya çempionatının gümüş mükafatçısı Xorvatiya millisi ilə qarşılaşıblar.

“Ay-ulduzlular” 23-cü dəqiqədə önə keçiblər. Cenk Tosun penaltidən fərqlənib. Amma meydan sahiblərinin sevinci 9 dəqiqə çəkib. Ante Budimir müdafiəçi Mert Çetinin səhvindən sonra hesabı bərabərləşdirib. Lakin fasiləyə 4 dəqiqə qalmış Türkiyə futbolçuları yenidən üstünlük qazanıblar. Deniz Türüçün uzaq küncü dəqiq nişan alıb. Beləliklə ilk hissə meydan sahiblərinin xeyrinə başa çatıb 2:1. 2-ci yarıda daha 3 qol vurulub. 53-cü dəqiqədə Mario Paşaliç tarazlığı bərpa edib. Az sonra Xorvatiya seçməsi hesabda ilk dəfə irəli çıxıb. Yosip Brekalo rəqibin müdafiə xəttində yaranan boşluqdan lazımınca istifadə edib. Amma çox keçmədən Cengiz Ünder əla kombinasiyasını qolla tamamlayaraq hesabı növbəti dəfə bərabərəşdirib. Qalan vaxtda komandaların bütün səyinə baxmayaraq qol olmayıb. Beləliklə yoxlama oyunu 3:3 hesabilə başa çatıb.