Son günlər müxtəlif mənbələr tərəfindən Kriştiano Ronaldonun mövsümün sonunda “Yuventus”dan gedəcəyi ilə bağlı xəbərlər dolaşır. Doğrudur, bu deyilənlər hələ öz təsdiqini tapmasa da, portuqaliyalının xidmətində maraqlı olan klubların rəsmiləri məsələyə öz münasibətini bildirir. Elə “Pari Sen-Jermen” kimi...
PSJ Kriştianu Ronaldonun xidmətində maraqlıdır. Bunu Paris klubunun idman direktoru Leonardo da təsdiqləyib. Braziliyalı funksionerə mətbuata açıqlamasında “Yuventus”un lideri ilə maraqlandıqlarını söyləyib: “Bu gün futbolda istənilən planı həyata keçirmək olar. Bəlkə sabah Kriştiano Ronaldo karyerasının başqa bir klubda davam etdirmək fikrinə düşdü. Hansı klub onu heyətinə cəlb edə bilər? Namizədlərin sayı çox olacaq və PSJ-də onu transfer etmək istəyən klubların siyahısında yer alacaq. Hər şey imkandan və işini düzgün görməkdən asılıdır”.
Xatırladaq ki, bəzi mənbələr “Yuventus”un 35 yaşlı hücumçusunu yüksək məvacib aldığına görə satmaq istədiyini yazır. Buna səbəb klubun koronavirusa görə maliyyə vəziyyətinin ağırlaşmasıdır. Bu mövsüm portuqaliyalı A seriyasında Turin klubunun heyətində keçirdiyi 4 oyunda 6 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Ronaldonun “Yuventus”la müqavilə müddəti 2022-ci ilin yayında başa çatır.