İngiltərənin məşhur “Goal.com” saytının səsverməsiylə 2019-2020-ci illər mövsümünün ən yaxşı futbolçularının siyahısı hazırlanıb.
Media nümayəndələri arasında keçirilən sorğuda ən çox səsi Robert Levandovski toplayaraq ilin ən yaxşı futbolçusu adına layiq görülüb. İkinci pillədə isə “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Brüyne qərarlaşıb. Müvafiq olaraq ilk beşliyi Lionel Messi, Neymar və Kriştiano Ronaldo tamamlayıb. Azarkeşlər arasında kifayət qədər sevilən PSJ-nin hücumçusu Kilyan Mbappe isə zirvə yarışından bir qədər kənarda qalıb. O, 6-cı yerlə kifayətlənib. Vircil Van Dayk, Kərim Benzema, Tomas Müller və Sadio Mane isə ən yaxşların ilk 10-luğunda qərarlaşıb.