Sloveniya millisinin baş məşqçisi Matyaj Kek Azərbaycanla millisi ilə keçirəcəkləri matç ərəfəsində açıqlama verib.

Təcrübəli mütəxəssis yığmamızla görüşün vacib olduğunu söyləyib: "Hazırkı vəziyyətimizi yaxşılaşdırmalıyıq. Noyabrdakı matçlar bizim üçün yaxşı fürsətdir. Azərbaycana qarşı yoldaşlıq görüşü irəliyə addım baxımından vacibdir".

59 yaşlı mütəxəssis bildirib ki, qarşıda 3 matç olduğu üçün geniş heyətə ehtiyac var: "Bu, keyfiyyətli oyunu təmin etmək üçün çox vacibdir. Sürətli hücumlar zamanı hər şey qaydasında olur. Tempi aşağı saldıqda isə problem yaşanır".

Qeyd edək ki, noyabrın 11-də keçiriləcək Sloveniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.