Almaniya Bundesliqasında 6-cı turun 2 oyunu keçirilib.”Frayburq”-“Bayer” görüşündə hesab 3-cü dəqiqədə açılıb. Meydan sahiblərinin heyətində Lukas Höler fərqlənib. Amma bundan sonra təşəbbüsü ələ alan Leverkuzen təmsilçiləri fasiləyə kimi hesabı öz xeyirlərinə dəyişiblər. Lukas Alario dubl edib. Argentinalı futbolçu 29 və 42-ci dəqiqədə qapını dəqiq nişan alıb.
2-ci hissədə Nadim Amiri qonaqların 3-cü qolunu vurub. 72-ci dəqiqədə Nils Petersen hesab arasındakı fərqi minimuma endirib. Amma bu təsəlli olub. Az sonra Djonanatan Ta yekun nəticəni müəyyənləşdirib. Beləliklə Bayer Leverkuzen 4:2 hesablı qələbə qazanıb.
Son 4 görüşündə uduzan “Herta” bu dəfə heç-heçə edib. Berlində keçirilən oyunda paytaxt klubu “Volfsburq”la sülh bağlayıb. Meydan sahiblərinin heyətində Mateus Kunya hesabı açıb. Bote Baku komandasını məğlubiyyətdən xilas edib 1:1.6 turdan sonra “Bavariya” və “Borussiya Dortmund” 15 xalla yarış cədvəlinə başçılıq edir. Mövsümdə ilk dəfə uduzan “Leyptsiq” 13 xalla 3-cü pilləyə enib