“Milan” İtaliya A seriyasında uğurlu çıxışını davam etdirir. Stefano Piolinin komandası bu dəfə “Udineze”dən üstün olub. Koronavirisdan sagalan Kriştinanu Ronaldunun “Yuventus”un sıralarına dönməsindən sonra Turin klubu nəhayət qələbə qazanıb. Yeni mövsümdə uğurlu çıxışı ilə diqqət çəkən “Milan” 6-cı turda səfərdə “Udineze” ilə qarşılaşıb.  Hesabı 18-ci dəqiqədə qonaqlar açıblar.  Cərimə meydançasında Zlatan İbrahimoviçdən ötürmə alan Frank Kessye qüvvətli zəri ilə topu tora qovuşdurub.  Meydan sahiblərinin buna cavabı ikinci hissənin əvvəlində gəlib. Rodriqo de Paul penaltini dəqiq yerinə yetirib.  Görüşün sonlarına təziqi artıran “Milan” futbolçuları qələbə qolunu vurmağa nail olublar. Zlatan İbrahimoviç  baxımlı qol vuraraq komandasına 3 xal qazandırıb. “Udineze”- “Milan” 1-2. A seriyasında ardıcıl iki oyundan qalib gələ bilməyən “Yuventus” nəhayət azarkeşlərini sevindirib. Koronavirisdan sagalan Kriştinanu Ronaldunun da iştirak etdiyi matçda Turin təmsilçisi “Speçiya”nı məğlub edib.  Debütant komanda “Yuventus”un güclü hücumıarı qarşısında cəmio 14 dəqiqə tab gətirə bilib. Alvaro Morata qonaqları hesabda irəıi çıxarıb. 32-ci dəqiqədə meydan sagibləri Tommazo Poeqanın vurduğu qolla bərabərliyi təmin edirblər. Fasildədən sinra tamamilə təşəbbüsə yiyələnən qonaqlar daha 3 dəfə rəqibi məyus ediblər. 59-cu dəqiqədə Ronladu fərqlənib.  8 dəqiqə sonra Adrien Pabo meydan sahiblərinin qapısına yol tapıb. 76-cı dəqiqədə isə Ronaldo dubl eədərək yekun nəticəni mnüəyyənləşdirib. “Speçiya”- “Yuventus” 1-4.   6 turdan sonra Milan 16 xalla liderdir. 14 xalla “Sasuollo” ikinci pillədədir. Hesabında 12 xalı olan “Yuventus” və “Atalanta” 3-cü -4-cü yerləri bölüşür.