Bu gün Premyer Liqa və l Divizionda çıxış edən klubların nümayəndələri üçün Lisenziyalaşdırma qrupunun 2021-22-ci il Lisenziyalaşdırma mövsümünün videokonfrans formatında açılış iclası keçirilib.

İclasda aşağıda qeyd olunmuş mövzular haqqında ətraflı məlumat verilib:

- Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat
- Ötən mövsümün icmalı
- Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqqında məlumatı

İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.