Ermənistan atəşi nəticəsində Goranboy rayonun Tap kəndində mülki şəxs həlak olub.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Tvitter"də etdiyi paylaşımda bildirib.

H.Hacıyev bildirib ki, raket həmin şəxsin evinin damına düşüb, Ermənistanın hərbi cinayətləri davam edir.