Avstriyanın paytaxtı Vyanada tennisçilərin beynəlxalq yarışı davam edir. Turnirin 1/16 final mərhələsi keçirilir. Mükafat fondu 1 milyon 409 min dollar olan yarışda favoritlər özünü doğrultmaqdadır.
Yarışın favoritlərindən sayılan rusiyalı Andrey Rublyov slovakiyalı Norbert Qomboşla qarşılaşıb. Rublyovun üstünlüyü ilə keçən görüşdə cəmi 2 set oynanılıb. Hər iki hissədə qalib gələn rusiyalı raketka ustası mərhələ adlayıb.
Digər görüşdə Cənubio Afrika respublikasını təmsil edən Kevin Aderson avstriyalı Denis Novakla üz-üzə gəlib. 2 saat 45 dəqiqədə davam edən dueldə Anderson qələbə qazanıb: 2-1.