İspaniya La Liqasında 7-ci turun daha bir görüşü keçirilib. “Levante” Valensiyada “Selta Viqo”nu qəbul edib. Son pillələrdə qərarlaşan komandaların görüşündə 2 qol vurulsa da, qalib müəyyənləşməyib.
İlk hissədə tərəflərin çox saylı cəhdlərinə baxmayaraq hesab açılmayıb. Fasilədən sonra ilk qol 48-ci dəqiqəyə təsadüf edib. Meydan sahibləri penalti imkanı qazanıblar. Marti Rocer ələ düşən fürsətdən düzgün yararlanıb. Lakin çox keçməmiş qonaqlar hesabda tarazlıq yaradıblar. Serxio Karreira fərqlənib. Qalan dəqiqələr ərzində isə futbolçular bir neçə epiozodda qol vəziyyəti yaratsalar da yekun nəticəni dəyişə bilməyiblər - “Levante” – “Selta Viqo” 1-1
Əlavə edək ki, 4 xalı olan “Levante” 19-cu pillələdədir. “Selta Viqo” 6 xalla 17-cidir. Yarış cədvəlinə isə 14 xalla “Real Sosedad” başçılıq edir.