Son vaxtlar kortlarda uğurlu çıxışları ilə diqqət çəkən almaniyalı Aleksandr Zverev karyerasında daha bir titul azanıb. Rus əsilli raketka ustası Köln şəhərində təşkil olunan beynəlxalq turnirdə fərqlənib. Belçika və Çexiyada keçirilən yarışlarda da fəxri mükafatın sahib məlum olub.
Kölndə keçirilən turnirin finalıda almaniyalı Aleksandr Zverev və argentinalı Diyeqo Şvartsmann qarşılaşıb. 1 saat 11 dəqiqə davam edən görüşdə Zverev rəqibini məğlub etməkdə çətinlik çəkməyib. İlk setdə 6:2 hesabı ilə üstün olan almaniyalı raketka ustası növbəti hissədə Diyeqo Şvartsmannın yalnız bir qeymdə fərqlənməsinə imkan verib. Xatırladaq ki, ötən həftə Kölndə keçirilən digər turnirdə də Zverev bütün rəqiblərinə qalib gəlmişdi. Bununla da o, karyerasında 13-cü titulunu qazanıb.
Belçikanın Antverpen şəhərində də ATP seriyalı turnir başa çatıb. Həlledici görüşdə fransalı Yuqo Ember avstraliyalı Aleks de Minardan üstün olub. Yuqo Ember hər iki setdə qalib gəlib - 6:1 və 7:6. Bu, fransalı idmançının karyerasında ikinci ən böyük zəfəridir.
Çexiyada isə qadın tennisçilərin beynəlxalq turnirində qalib müəyyənləşib. Finalda Belarus təmsilçiləri - Viktoriya Azarenko və Arina Sabalenko ilə üz-üzə gəlib. Bu görüşün taleyi də iki setdə həll olunub. Arina Sabalenko hər iki hissədə 6:2 hesabı ilə qələbə qazanıb.