Belçikanin Antverpen şəhərində ATP seriyalı tennis turniri keçirilir. Ümumi mükafat fondu 400 min avroya yaxın olan yarışda 2-ci dövrə başa çatıb.

Belçikalı David Qoffen Amerika Birləşmiş Ştatlarının təmsilçisi Markos Qiron ilə ilə üz-üzə gəlib. Kort sahibi yarışın favoriti olsa da, amerikalı raketka ustası sürpriz edə bilib. Ilk setdə 6:3 hesabı ilə qalib gələn Markos 2-ci də 7:5 hesabı ilə üstün olub. O, ¼ finalda Aleks de Minaur ilə üz-üzə gələcək. Avstraliyalı idmançı ispaniyalı Felisiano Lopesi mübarizədən kənarlaşdırıb - 6:4 və 6:2.

Yarışın iddialılarından Miloş Raoniç də ¼ finala adlayıb. O, böyük britaniyalı Kemeron Norrini məğlub edib. O, bu mərhələdə bolqarıstanlı Qriqor Dmitrovla qarşılaşacaq.