Azərbaycan millisinin və ABŞ-ın "Finiks Rayzin" klubunun hücumçusu Rüfət Dadaşov USL-in 1/4 finalında "Reno" ilə qaşrılaşmanın (2:2, penaltilər - 5:4) ən yaxşı oyunçusu seçilib.
Forvard həmin matçda xüsusilə fəallığı ilə seçilib. O, oyunsonrası penaltilər seriyasında sonuncu zərbəni dəqiq yerinə yetirərək, komandasını növbəti mərhələyə yüksəldib. Xatırladaq ki, "Finiks Rayzin" yarımfinalda "El-Paso" ilə qarşılşacaq. Matç oktyabrın 25-də keçiriləcək.