UEFA Millətlər Liqasınının C divizionunda milli komandamız 1-ci qrupun 4-cü turunda Kipr seçməsi ilə qarşılaşıb.
Görüşə rəqib komanda daha yaxşı başlasa da, futbolçularımız təşəbbüsü ələ alıblar. 17-ci dəqiqədə Ramil Şeydayev qola yaxın olsa da, kiprli qapıçı səhvsiz oynayıb. Çox keçmədən millimiz daha bir təhlükəli vəziyyət yaradıb. Rəqib qapıçı 21-ci dəqiqədə Rəhim Sadıxovun zərbəsini dəf edib. Az sonra seçməmiz penalti imkanı qazanıb. Amma bu dəfə də qolkiper Qara Qarayevlə dueldə qalib gəlib. Fasiləyədək daha bir imkan qazansaq da Ramil Şeydayevin zərbəsi dəqiq olmayıb (37-ci dəqiqə). İkinci yarıda komandalar çox çalışsalar da hesab dəyişməyib. Azərbaycan – Kipr: 0-0. Millimiz 4 xalla 3-cüdür. 1 xalı olan Kipr yığması autsyderdir.
Qrupun digər matçında Lüksemburq millisi Monteneqro yığmasını məğlub edərək 6 xalla 9 xalla liderliyi ələ keçirib. Eyni xala malik olan monteneqrolular əlavə göstəricilərə görə 2-ci pillədə qərarlaşıblar.