UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları olub. UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları olub. Dünya və Avropa çempionlarının görüşündə hesab açılmayıb. Mundialın gümüş mükafatçısı Xorvatiya seçməsi Millətlər Liqasında ilk qələbəsini qazanıb. Erlinq Holand isə Norveç millisinin heyətində ilk het-triki ilə yadda qalıb.

Xorvatiya seçməsi Zaqrebdə İsveç millisinə qalib gəlib. Hesabı 32-ci dəqiqədə Nikola Vlaşiç açıb. Qonaqlar fasilədən sonra tarazlığı bərpa ediblər. Markus Berq qapını dəqiq nişan alıb. Amma oyunun sonunda Andrey Kramariç komandasının qələbə qolunu vurub -  Xorvatiya – İsveç 2:1.

Qrupun digər matçı Parisdə Fransa və Portuqaliya milliləri arasında olub. Hazırki dünya və Avropa çempionlarının qarşılaşmasında hesab açılmayıb. 3 turdan sonra Portuqaliya və Fransa seçməsi 7 xalla qrupa başçılıq edir. İlk qələbəsini qazanan Xorvatiya komandası 3 xalla 3-cüdür. Hər 3 oyunda uduzan isveçlilər autsayderdirlər.

Norveç futbolçuları Osloda Ruminiya komandasını 4 cavabsız qolla məğlub ediblər. Hesabı 13-cü dəqiqədə Erlinq Holand açıb. Fasiləyə kimi Aleksandr Syörlot da qapını dəqiq nişan alıb. 2-ci hissədə isə Holand 2 qol vurub. O, 64 və 74-cü dəqiqələrdə fərqlənərək milli komandada ilk het-trikini edib. Norveç – Ruminiya 4:0. Qrupun digər oyununda Avstriya təmsilçiləri Belfastda Şimali İrlandiya futbolçularına minimal hesabla qalib gəliblər. 3 turdan sonra Avstriya və Norveç seçməsi 6 xalla qrupa başçılıq edir. Rumıniya millisi 4 xalla 3-cüdür. 1 xala malik Şimali İrlandiya seçməsi isə sonuncu yerdədir.