UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları olub. Bosniya Hersoqovina – Niderland, Polşa – İtaliya  və Fransa – Portuqaliya matçlarında hesab açılmayıb. Günün maraqla gözlənilən digər görüşləri London və Moskvada keçirilib.

Rusiya millisi Moskvada Türkiyə seçməsini qəbul edib. Görüşdə hesabı meydan sahiblərli açıblar. Anton Mirançuk fərqlənib. Fasiləyə minimal hesablı üstünlüklə yollanan Rusiya futbolçuları 2-ci hissədə bunu qoruya bilməyiblər. Kənan Karaman Türkiyə yığmasını məğlubiyyətdən xilas edib - 1:1.

Qrupun digər matçında Macaristan yığması Serbiyada yerli komandaya minimal hesabla qalib gəlib. Görüşdə yeganə qolu Norbet Kyonives vurub

3 turdan sonra Rusiya kollektivi 7 xalla qrupa başçılıq edir. Liderdən 1 xal geri qalan Macaristan millisi 2-cidir. Türkiyə seçməsi 3 oyuna 2, Serbiya komandası isə 1 xal toplayıb.

Günün maraqla gözlənilən digər qarşılaşması Londonda olub. “Uembli” arenasında İngiltərə - Belçika matçı keçirilib. Hesabı qonaqlar açıblar. Romelu Lukaku penaltini dəqiq yerinə yetirib. Fasiləyə kimi meydan sahibləri də penalti vurmaq hüququ qazanıblar. Markus Reşford fürsəti qaçırmayıb. 2-ci hissədə isə Meyson Maunt  komandasının qələbə qolunu vurub -  İngiltərə - Belçika 2:1.

Qrupun digər oyhununda danimarkalılar Reykyavikdə İslandiya futbolçularına 3 cavabsız qolla qalib gəliblər. Hesab 1-ci hissənin sonunda Runar Siquryonssonun avtoqolu ilə açılıb. Fasilədən sonra Kristain Eriksen və Robert Skov fərqləniblər.

3 turdan sonra İngiltıərə millisi 7 xalla qrupa başçılıq edir. Belçika təmsilçiləri ldierdən 1 xal geri qalırlar. Danimarka komandası 4 xalla 3-cü yerdədir. Hər 3 oyunda udzuzan islandiyalılar isə qrupun autsayderidrilər.