Milli komandaların oyunları ilə əlaqədar futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən kublarımız yoxlama oyunları keçirir.
"Keşlə” “ASK Arena”da klubun əvəzedici komandası ilə qarşılaşıb. Oyun əsas komandanın 3:1 hesablı qələbəsiylə başa çatıb. Əvəzedicilərin heyətində Tunar Mütəllimov fərqlənib. Əsas komandanın qollarını isə Rafael Məhərrəmli, Alvaro Tavares və Silvio Junior vurub. "Neftçi" və "Qəbələ" klubları da yoxlama matçında üz-üzə gəlib. "Neftçi"nin bazasında keçirilən oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb. "Neftçi"dən kapitan Emin Mahmudov və braziliyalı müdafiəçisi Rener de Souza fərqlənib. "Qəbələ"nin hər iki qolunu isə nigeriyalı hücumçusu Ceyms Adeniyi vurub. "Neftçi"nin yarımmüdafiəçisi Saman Nəriman Cahan penaltini dəqiq yerinə yetirə bilməyib. “Sabah” və “Səbail” də yoxlama oyununda qüvvəsini sınayıb. Masazırdakı stadionda keçirilən oyunda qapılara qol vurulmayıb.