: Niderlandın PSV komandası yeni futbolçusunu ictimaiyyətə təqdim edib. Söhbət Mario Götzedən gedir.
28 yaşlı yarımmüdafiəçinin komandaya azad agent kimi keçdiyi və onunla 2 illik müqavilə imzalandığı bildirilib.Mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandıran futbolçu yeni komandasında xoşbəxt olduğunu bildirib: "
PSV-nin yaxşı heyəti var. Rəhbərlik mənə güvənərək komandaya dəvət etdi. Buna görə xoşbəxtəm. Artıq karyeramda yeni səhifə açıram. Yeni kubokları səbrsizliklə görzləyirəm. İnanıram ki, çempion olacağıq”.
Qeyd edək ki, Mario geridə qalan mövsüm Budesliqada 15 matça çıxaraq, 3 qol vurub. 2010-2017-ci illərdə isə Almaniya millisində forma geyinmiş futbolçu yığmanın heyətində 63 oyun keçirib və 17 dəfə fərqlənib.