“Ciro di İtaliya” çoxgünlük velomarafonunda 5-ci mərhələ arxada qalıb.
İdmançılar bu dəfə Mileto komunasından Kamilyatello-Silanoya qədər 225 km məsafə qət ediblər. İneos komandasının üzvü, yerli velosipedçi Filippo Qanna 5 saat, 59 dəqiqə, 17 saniyə nəticəylə mərhələsinin qalibi olub. Xatırladaq ki, o, ilk mərhələdə də bütün rəqiblərini qabaqlamışdı. Bora Hansqroxdan avstriyalı Patrik Konrad 2-ci nəticə göstərib. "Dekyonink Kuik Step"dən portuqaliyalı Joau Almeyda ilk 3-luyu tamamlayıb. Almeyda hazırda ümumi siyahıya başçılıq edir. İspaniyalı Peyo Bilbao 2-ci, niderlandlı Vilko Kenderman 3-cüdür. Velosipedcılər 6-ci mərhələdə Kastrovillari - Matera şəhərləri arasında 188 km məsafədə yarışacaqlar.