Almaniya və Türkiyə milliləri Köln şəhərində yoxlama oyununda üz-üzə gəliblər.
Fasiləyə az qalmış meydan sahibləri önə keçiblər. Yulian Draksler hesabı açıb. Matçda əsas hadisələr 2-ci yarıda baş verib. Əvvəlcə 50-ci dəqiqədə Ozan Tufan tarazlığı bərpa edib. Ancaq çox keçmədən "Bundestim" Florian Noyhausun vurduğu qol sayəsində yenidən irəli keçib. Amma Türkiyə futbolçuları yenə hesabı bərabərləşdirməyə nail olublar. Efecan Karaca ay ulduzluların qələbə ümidlərini qoruyub. Sona yaxın komandalar yenə hərəyə 1 dəfə fərqləniblər. 81-ci dəqiqədə Canluka Valdşmitin vurduğu qol Almaniya futbolçularını qələbəyə yaxınlaşdırsa da, vaxta əlavə olunan 4-cü dəqiqədə Kənan Karaman fərqlənərək yekun nəticənu müəyyənləşdirib: Almaniya - Türkiyə 3:3