Həbib Nurməhəmmədova məğlubiyyətdən sonra Konor Makqreqor hazırda nüfuzunu geri qaytara bilmir. İrlandiyalı qaydasız döyüşçü son vaxtlar yalnız rəqib axtarmaqla məşğuldur. Özü də iki cəbhədə...

Konor Makqreqor Dastin Porye ilə üz-üzə gələcək. UFC prezidenti Deyna Vayt mətbuata açıqlama verərək amerikalı qaydasız döyüşçünün irlandiyalının çağırışını qəbul etdiyini söyləyib. Əslində Makqreqorun dekabrın 12-də Porye ilə döyüşəcəyi bir müddət əvvəl açılqamışdı. Amma UFC bu məlumatı təsdiqləməmişdi. Görünür tərəflər artıq razılaşıb deyə Deyna Vayt da görüşün anonsunu vermək qərarına gəlib. Xatırladaq ki, 2014-cü il, sentyabrın 27-də Makqreqorla Porye üz-üzə gəlmiş, irlandiyalı döyüşçü rəqibini nokautla məğlub etmişdi. 2008-ci ildən UFC yarışlarında iştirak edən Makqreqor bu günə qədər keçirdiyi 26 görüşdə 22 qələbə qazanıb və 4 dəfə məğlub olub.
Konordan söz düşmüşkən, o, peşəkar boksda Floyd Meyvezerə uduzduqdan sonra indi də Menni Pakyao ilə görüşmək istəyir. Filippinli boksçu isə Makqreqorun qarşısında şərt qoyub. O, qarşılaşmanın proumoteri olacağı halda irlandiyalı ilə rinqə çıxa biləcəcəyini bildirib.