2019/20 mövsümünün sonunda “Qarabağ”dan ayrılan Miçel Maderanın yeni komandası müəyyənləşib. İspan yarımmüdafiəçi ölkəsinin "Marino" komandasına keçib. Məlumatı klubun rəsmi saytı yayıb.“Marino” səviyyəcə İspaniyanın 4-cü liqası hesab olunan Terserada çıxış edir. 35 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Miçel Madeira 2015-ci ildən 2020-ci ilədək “Qarabağ”da çıxış edərək 104 oyuna 16 qol vurub.