Rusiya çempionatının 10-cu turunda “Dinamo” “Krasnodar”ı qəbul edib. İlk hissədə hesab açılıb. Vyaçeslav Qrulyov fərqlənib. İkinci yarıda da hücumlarını davam etdirən meydan sahibləri 57-ci dəqiqədə fərqi artırıblar. Bu dəfə Daniil Lesovoy hədəfdən yayınmayıb. 2 cavabsız qolla qalib gələn “Dinamo” 17 xalla 6-cıdır. 15 xalı olan “Kransodar” 8-ci yerdədir.
“Lokomotiv” – “Ximki” görüşündə isə 3 qol vurulub. Oyuna meydan sahibləri yaxşı başlayıblar. 25-ci dəqiqədə Vitali Lisakoviç qonaqların qapısına yol tapıb. İkinci hissənin əvvəlində tarazlıq bərpa olunub. Kirill Bojenov “Ximki”ni ümidləndirib. Moskva futbolçularından Vladislav İqnatyev mübarizəyə nöqtə qoyub. 2:1 hesabı ilə qələbə qazanan “Lokomotiv” 18 xalla 5-cidir.