UEFA Millətlərlər Liqasının 3-cü turunda Monteneqro, 4-cü turunda isə Kiprlə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb. Baş məşqçi Canni De Byazi siyahıya 25 futbolçu daxil edib.

 Italiyali mütəxəssis “Qarabağ”ın 2 qapıçısına dəvət göndərib. Bunlar

Emil Balayev və Şahruddin Məhəmmədəliyevdir. 3-cü qolkiper isə “Sumqayıt”ın üzvü  Aydın Bayramovdur.

Müdafiə xəttində də qarabağ və sabah komandası 3 futbolçu ilə təmsil olunub. Ağdam klubundan Maksim Medvedev, Bədavi Hüseynov və Abbas Hüseynov, paytaxt təmsilçisindən isə Təmkin Xəlilzadə, Amin Seydiyev və Bəhlul Mustafazadə  seçməyə dəvət edilib. Bundan başqa Keşlədən Azər Salahlı və Şəhriyar Əliyev, “Sumqayıt”dan Elvin Bədəlov və “Neftçi”dən Anton Krivotsyuk heyətə daxil edilib.

Yarımmüdafiəçilərə gəldikdə “Qarabağ”dan Qara Qarayev və İsmayıl İbrahimli, “Sumqayıt”dan Vüqar Mustafayev və Rəhim Sadıxov, “Sabah”dan  Coşqun Diniyev, “Keşlə”dən Rəhman Hacıyev,  Zirədən Elvin Camalov, “Neftçi”dən Namiq Ələsgərov  və Türkiyə təmsilçisi “Bolusopor”dan  Araz Abdullayevə dəvət göndərilib.

Hücumçular isə “Qarabağ”ın forvardı Mahir Emreli, “Sabah”ın üzvü Ramil Şeydayev və “Sumqayıt”dan Əli Qurbanidir.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 10-da Podqoritsa şəhərində Monteneqronun qonağı olacaq. Komanda 3 gün sonra Bakı Olimpiya Stadionunda Kipri qəbul edəcək. oyunlara hazırlıq məqsədilə yığmanın təlim-məşq toplanışı oktyabrın 4-də başlayanaq.