UEFA Çempionlar Liqasının pley-offun daha 3 görüş keçirilib. İlk oyunda PAOK-a 2:1 hesabı ilə qalib gələn “Krasnodar”ın cavab matçında da eyni nəticə qeydə alınıb. Meydan sahiblərindən Yoannis Mikialidis avtoqol müəllifi olub. 77-ci dəqiqədə tarazlıq bərpa edilib. Omar El Kaduri fərqlənib. 1 dəqiqə sonra qonaqlar mübarizəyə nöqtə qoyublar. Remi Kabelya komandasına qələbə qazandırıb. 2-1. “Krasnodar” qrup mərhələsinə yüksəlib.

İlk görüşdə “Makkabi Tel-Əviv”i 2:1 hesabı ilə məğlub edən “Zaltsburq” bu dəfə daha böyük hesabla qalib gəlib. Meydan sahiblərindən Patson Daka dubl etdiyi halda, Dominik Szoboslay bir dəfə fərqlənib. Qonaqların gücü isə yalnız Eden Karzevin təsəlli qoluna çatıb. Beləliklə, “Zaltsburq” qrup mərhələsində iştirak edəcək.

Daha bir matçda isə əzmkar qələbə qeydə alınıb. “Mityulland” – “Slaviya” görüşündə hesabı praqalılar açıblar. Peter Olayinka rəqib qapısına yol tapıb. Ruhdan düşməyən meydan sahiblərindən Sori Kaba, Aleksandr Skolz, Oqoçukvu Onyeka və Andres Dreyer hərəyə bir dəfə fərqlənib. 4:1 hesabı ilə qalib gələn “Mityulland” qrup yarışında mübarizə aparacaq.