Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni dayandırandan sonra Avroliqanın play-off mərhələsində mübarizə aparan Azərbaycan çempionu “Qarabağ”ın rəqibi Polşanın “Legiya” klubudur. Ağdam təmsilçisi tək oyunluq sistemlə Polşada rəqibinin qonağı olacaq. “Qarabağ”ın oyun öncəsi heyətdə ciddi itkiləri var. Belə ki, zədəsi olan mahir Emreli böyük ehtimalla bugünkü qarşılaşmada iştirak etməyəcək. Bundan başqa Xayme Romero ilə Abdulla Zubir zədələrini sağaltsalar da onlar da hələ tam formaya düşməyiblər. Bütün bunlara baxmayaraq baş məşqçi Qurban Qurbanov görüş haqqında nikbin danışıb. Təcrübəli mütəxəssis həmçinin ordumuzun “Qarabağ”da apardığı uğurlu hərbi əməliyyatlara görə də sevincli olduqlarını bildirib:  

"Yeni baş məşqçi gəldikdən sonra "Legiya"nın oyununda dəyişikliklər var. Rəqibimiz standard vəziyyətlərdən yaxşı istifadə edir. Sabah rəqibə qarşı yaxşı oynamağa çalışacağıq. Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan torpağı olan Qarabağın işğalçılardan təmizlənməsi əməliyyatlarına başlayıb. Təbii ki, biz sülh tərəfdarıyıq, ancaq təəssüf ki, düşmənimiz bizlə eyni fikirdə deyil. Ürəyimizin yarısı burda, yarısı isə Azərbaycandadır. Bu əməliyyatlardan xoş xəbərlər alacağımızı gözləyirik. Xalqımız Ali Baş Komandanımıza inanır".

“Qarabağ”la öz meydanında oynayacaq “Legiya” da görüşə ciddi hazırlaşıb. Komandanın baş məşqçisi Çeslav Mixneviç komandaların qələbə şanslarının eyni olduğunu deyib:

Qeyd edək ki, Bakı vaxtı ilə saat 22-də başlayacaq “Legiya”-“Qarabağ” matçı Varşavanın “Voyska Polskoqo” stadionunda keçiriləcək. Oyunu Almaniyalı hakim Tobias Ştiler idarə edəcək.