Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralananlar var. Alayın komandanlığı yaralıların təxliyəsi üçün kömək istəyir.