Tennis üzrə “Böyük Dəbilqə” turnirlərindən biri olan “Rolan Qarros”da mübarizə davam edir. Yarışların 3-cü günü yenə maraqlı görüşlərlə zəngin olub. Məşhur raketka ustalarından Novak Cokoviç US Open-dəki qalmaqaldan sonra bu dəfə azarkeşlərini sevindirib.

Bir müddət əvvəl “US Open” turnirində qalmaqallı şəkildə yarışdan kənarlaşdırılan serbiyalə məşhur tennisçi Novak Cokoviç Fransada pərəsyişkarlarını sevindirməkdədir. 3-cü mərhələdə onun rəqibi İsveç təmsilçisi Mikael İmer olub. Tanınmamış rəqibi ilə görüşdə serbiyalı ulduz tam üstünlüyə malik olaraq 3 setdə qələbə qazanıb. İlk setdə rəqibinə bir geym belə verməyən serbiyalı sonrakı hissələrdə də çətinlik çəkməyib 6-2, 6-3.

3-cü günün ən maraqlı və gərgin görüşü Yunayıstanlı Stefanos Sitsipasla İspaniya idmançısı Xayme Munyar arasında olub. Görüşə yaxşı başlamayan Sitsipas ilk iki setdə rəqibinə məğlub olub 4-6 və 2-6. Ancaq ruhdan düşməyən raketka ustası sonrakı setlərdə mükəmməl çıxış edərək dönüş edib və qarşılaşmanı qələbə ilə başa vurub 6-1, 6-4, 6-4. Kanada tennisçisi Denis Şapavalovla Fransa nümayəndəsi Jil Simonun da görüşü uzun çəkib. Şapavalov yalnız 3-cü setdə rəqibinə uduzub, digər hissələrdə isə inamlı təsir bağışlayaraq növbəti mərhələyə adlayıb 6-2, 7-5, 5-7, 6-3.

Qadınların yarışında Belarus təmsilçilərinin inamlı çıxışı davam edir. Azarenkodan sonra onun həmyerlisi Arina Sobolenko da növbəti mərhələyə vəsiqə qazanıb. O, 2 setdə Amerikalı raketka ustası Cessika Pequlanı mübarizədən kənarlaşdırıb 6-3, 6-1. Xorvatiyalı Petra Martiçlə Yaponiya tennisçisi Misaki Doyinin də mübarizəsi 2 setdə başa çatsa da, burada daha gərgin mübarizə gedib. İlk setdıə tay-breykdə rəqibindən üstün olan Martiç ikinci hissədə rəqibinin ciddi müqavimətinə baxmayaraq yenə qalib gələrək növbəti mərhələyə çıxıb 7-5.