İspaniya La Liqasında 4-cü tur başlanıb. Madrid “Real”ı ilə görüşdə əzmkarlıq göstərsə də, məğlub olan “Betis” “Xetafe”yə də uduzub. Qarşılaşma əsasən vurulan gözəl qollarla diqqət çəkib. “Valensiya” isə ardıcıl 2 uğursuz nəticədən sonra 3 xal qazanıb. “Yarasalar” “Real Sosyedad”dan minimal hesabla üstün olublar. Bu, Baskoniya klubunun yeni mövsümdə ilk məğlubiyyəti kimi yadda qalıb.
İspaniya la liqasında 4-cü tur başlanıb. "Real Betis" ardıcıl 2-ci oyunda uduzub. Sevilya klubu səfərdə "Xetafe" ilə bacarmayıb. artıq 13-cü dəqiqədə hesab açılıb. Anxelin akrobatik zərbəsi dəqiq alınıb. "Xetafe" futbolçuları fasiləyə kimi daha 2 qol vurublar. Əvvəlcə 39-cu dəqiqədə Mark Kukurelya qarşısıalınmaz zərbəylə fərqi artırıb. Az sonra Anxel dubl edib. Betis futbolçularının 2-ci yarıda bütün səyinə baxmayaraq dönüş yaratmaq mümkün olmayıb. Qarşılaşmada az çox yadda qalan son hadisə 83-cü dəqiqəyə təsadüf edib. Qonaqlardan Aissa Mandi meydandan çıxarılıb. Beləliklə "Xetafe" 3:0 hesabilə qalib gələrək xallarının sayını 7-ə çatdırıb. Komanda hazırda liderdir.
"Valensiya" da bu turda qələbə qazanıb. "Yarasaalr" səfərdə "Real Sosyedad"ı minimal hesabla məğlub ediblər. Yeganə qol 75-ci dəqiqədə vurulub. Maksi Qomez qonaqlara qələbə qazandırıb. Xallarının sayını 7-ə çatdıran və 2-ci sırada qərarlaşan “Valensiya” lideri “Xetafe”dən yalnız əlavə göstəricilərə görə geri qalır.