Portuqaliya çempionatının 2-ci turunda “Belenenseş” komandası “Famalikan”ı qəbul edib.
Oyuna meydan sahibləri daha sürətli başlayıblar. Nəticədə fasiləyədək hesab açılıb. Mateo Kasseira fərqlənib. Ruhdan düşməyən qonaqlar ikinci yarıda istəklərinə çatıblar. 52-ci dəqiqədə Riççeli tarazlığı bərpa edib. Çox keçmədən “Famalikan” futbolçuları hesabda önə keçiblər. Fernando Valenzuela komandasına qələbə qazandıran qolun müəllifi olub - “Belenseş” – “Famalikan” - 1:2