“Keşlə” klubu yeni hücumçu almaq niyyətindədir. Bu barədə klubun baş məşqçisi Yunis Hüseynov məlumat verib. Onun sözlərinə görə hazırda həmin oyunçu ilə danışıqlar davam edir. Əgər razılıq əldə olunsa, futbolçunun 1 həftə ərzində ölkəmizə gəlib klubla müqavilə bağlaması gözlənilir.