Millimizin futbolçusu Araz Abdullayev karyerasını Türkiyədə davam etdirməyə yaxındır. Türkiyənin "Ajansspor" agentliyinin məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi ölkənin birinci liqa təmsilçisi "Boluspor"la razılığa gəlib. Razılığa əsasən, onunla 1+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, A.Abdullayevin son klubu "Qarabağ" olub. O, ötən mövsümün sonu Ağdam təmsilçisindən ayrılıb.