İtaliyada beynəlxalq veloyürüş başlanıb. Tirreno – Adriatiko veloyürüşünün ilk mərhələsində iştirakçılar 133 km məsafə qət ediblər. Almaniyalı velosipedçi Paskal Akkerman finiş xəttini rəqiblərindən tez keçib. O, 2 saat 57 dəqiqə 45 saniyə nəticə göstərib. Kolumbiya idmançısı Fernando Qaviriya 2-ci olub. O, liderdən cəmi 4 saniyə geri qalıb. İlk üçlüyü isə danimarkalı Maqnus Kort Nilsen tamamlayıb. O, finiş xəttini 2 saat 57 dəqiqə 51 saniyəyə keçib.
Qeyd edək ki, 8 turdan ibarət yarışa sentyabrın 14-də yekun vurulacaq.