Millətlər Liqasının “Ey” divizionunda 1-ci qrupun 2-ci turuna yekun vurulub. Mərkəzi oyun Amsterdamda keçirilib. Niderland millisi İtaliya seçməsini qəbul edib. Gərgin mübarizə şəraitində keçən görüşün ilk hissəsində hesab açılıb. Fasiləyədək italiyalılar istəklərinə çatıblar. Nikolo Barella rəqib qapısına yol tapıb. İkinci yarıya üstün başlayan qonaqlar qapılarını toxunulmaz saxlayıblar. Meydan sahibləri çox çalışsalar da, heç nə ilə yadda qala bilməyiblər. İtaliya millisi 4 xalla liderliyi ələ keçirib. 3 xalı olan Niderland seçməsi 2-ci, eyni xala malik Polşa komandası 3-cü yerdədir. 1 xalı olan Bosniya və Herseqovina autsayderdir.