Futbol üzrə U-21 millimizin üzvü Barış Ekincer karyerasını İsveçrədə davam etdirə bilər. Bu ölkənin “Qrasshoppers” klubu futbolçumuza maraq göstərir. Hazırda İkinci bundesliqada mübarizə aparan “Boxum”da çıxış edən Barış Ekincerin transferi ilə bağlı İsveçrə klubu Almaniya təmsilçisi ilə danışıqlara başlamaq niyyətindədir.
Qeyd edək ki, bir müddət əvvəl “Qrasshoppers” milli komandamızın üzvü Renat Dadaşovu “Vulverhempton”dan icarəyə götürüb.