UEFA Millətlər Liqasında 3-cü qrupda Türkiyə millisi Macarıstan seçməsini qəbul edib. Oyuna daha yaxşı başlayan qonaqlar çox çalışsalar da, ilk hissədə fərqlənə bilməyiblər. Fasiləyədək qapısını toxunulmaz saxlayan “ay-ulduzlular” ikinci yarıda hücumlarını gücləndirsələr də, heç nə ilə yadda qala bilməyiblər. Əvəzində qapılarında top görüblər. 80-ci dəqiqədə Dominik Szoboslay matçın taleyini həll edib.
Türkiyə - Macarıstan: 0:1.