Milli Xokkey Liqasının pley-ofunda 1/4 final mərhələsi keçirilir.“Dallas Starz” və “Kolorado Evelanş” komandaları arasında 6-cı görüş olub. Lakin bu qarşılaşma da cütün taleyini həll etməyib. İlk period 1:1 hesabilə başa çatıb. Dallas təmsilçisinin heyətində Miro Heyskanen hesabı açıb. Fasiləyə kimi Nikita Zadorov tarazlığı bərpa edib. Digər bölümlərdə isə Kolorado xokkeyçiləri təşəbbüsə yiyələnərək rəqib qapısına 3 dəfə yol tapıblar. Əvvəlcə 2-ci hissədə Keyl Makar “Evelanş”ı ilk dəfə irəli çıxarıb. 3-cü periodda isə Miko Rantanen və Natan Makkinnonun dəqiq zərbələri “Kolorado Evelanş”ın qələbəsini təmin edib 4:1. Beləliklə, seriyada hesab bərabərləşib 3:3. Bu komandaların sonuncu-7-ci oyunu sentyabrın 5-də olacaq.