Amerika milli basketbol assosiasiyasının pley-ofunda növbəti oyunlar olub. 1/4 finalda  "Mayami Hit" "Miluoki Baks"la seriyanın 2-ci görüşündə qarşılaşıb.İlk oyunu qələbəylə başa vuran mayamililər bu dəfə də qalib gələrək seriyada üstünlüklərini möhkəmlədiblər.Böyük fasiləyə kimi onlar 66;60 hesabilə önə keçiblər.Qalan bolumlərdə Miluoki basketbolçuları fərqi azaltsalar da, məğlubiyyətdən xilas ola bilməyiblər. Beləliklə "Mayami Hit" 116:114 hesabilə qələbə qazanıb. Bununla seriyada hesab da 2:0-a çatıb. Miluoki təmsilçisi məğlub olsa da, komandanın ulduzu Yannis Adetokunbo 29 xal, 19 ribaund, 3 məhsuldar ötürməylə fərqlənib. 

  1/8 finala isə “Hüston Rokets” – “Oklahoma Siti Tander” oyunu ilə yekun vurulub.Seriyada hesab 3:3 olduğundan 7-ci qarşılaşma həlledici rol oynayıb.Hüston basketbolçuları bu dəfə 104:102 hesabilə qələbə qazanaraq 1/4 finala çıxan sonuncu komanda kimi yadda qalıb. Hüstonlular bu mərhələdə “Los Anceles Leykers”lə görüşəcəklər. İlk oyun sentyabrın 5-də keçiriləcək.