“Yuventus”un yeni transferi Artur Melo ictimaiyyətə təqdim olunub.Turin klubu ilə 5 illik müqavilə imzalayan futbolçu üçün “Barselona”ya 72 milyon avro ödənilmişdi. Əlavə 10 milyon avro isə bonus kimi nəzərdə tutulub. İtaliyada ilk dəfə media nümayəndələri qarşısına çıxan braziliyalı yarımmüdafiəçi “Yuventus”da oynayacağı üçün xoşbəxt olduğunu söyləyib. Arzularım həyata keçdi.Kriştianu Ronaldu kimi futbolçu ilə bir komandada oynayacağam. Baş məşqçimiz isə vaxtilə mənimlə demək olar ki, eyni mövqedə çıxış etmiş Andrea Pirlodur. Belə bir şəxsiyyətin rəhbərlik etdiyi komandanın üzvünə çevrilmək gözəl hissdir.Hələ ki, tanışlıq mərhələsindəyəm.Klubun ənənələrini mənimsəyirəm. Meydanda mövqeyim haqda onu deyə bilərəm ki, yarımmüdafiənin istənilən nöqtəsində oynamaq iqtidarındayam.Yəni hər cür çağırışa hazıram. İnanıram ki, “Yuventus”un gələcək uğurlarında mən də birbaşa rol oynayacağam. “Yuventus” bu keçidlə eyni vaxtda Miralem Pyaniçin transferini 60 milyon avroya Kataloniya klubuna satmışdı. “Qoca sinyora”da boş qalan 5 nömrəli formanı bundan sonra elə Artur Melo geyinəcək.