Ötən mövsümü «Sumqayıt»da keçirən Amil Yunanov karyerasını Gürcüstanda davam etdirə bilər.Menecerlər millinin sabiq hücumçusunu qonşu ölkənin güclülər dəstəsinin bir neçə klubuna təklif edib.Onların arasında Nicat Qurbanovun formasını geyindiyi «Samtrediya» da var. Əgər adı çəkilən klubla futbolçumuz arasında danışıqlar müsbət yekunlaşsa, Yunanov Nicat Qurbanovun komanda yoldaşı olacaq.

   Qeyd edək Amil Yunanov ölkəmizdə “Qəbələ, “Rəvan”, “Neftçala və “Keşlə” klublarının da şərəfini qoruyub.