Nyu-Yorkda tennisçilərin “US Open” turniri davam edir. Mükafat fondu 53 milyon 402 min dollar yarışda bütün 1/32 finalçılar müəyyənləşib. İlk mərhələdə kişilərin mübarizəsində maraqlı hadisə qeydə alınıb. Söhbət avstriyalı Dominik Timlə ispaniyalı Xaume Munyarın duelindən gedir. Belə ki, birinci setdə çətinliklə  7:6 hesabı ilə qalib gələn avstriyalı raketka ustası 2-ci setdə də rəqibindən üstün olub: 6-3. Munyar  zədə səbəbilə mübarizəni dayandırıb. Nəticədə hesabda öndə olan Dominik Tim mərhələ adlayıb.

   Qadınlarım mübarizəsində diqqət çəkən görüşlərdən biri ispaniyalı Qarbinye Muqurusa və yaponiyalı Nao Hibino arasında olub. Oyuna daha yaxşı başlayan Muqurusa ilk setdə 6:4 hesabı ilə qalib gəlib. Təşəbbüsü əldən verməyən avropalı növbəti hissədə də eyni hesabla qələbə qazanaraq 1/32 finala yüksəlib.