İtaliya A Seriyasında 2020/2021-ci illər mövsümünün başlanma tarixi müəyyənləşib. Çempionata sentyabrın 19-da start veriləcək. Bu barədə A seriyası rəhbərliyi rəsmi bəyanat dərc edib. Milad tətilində, yəni yanvar ayının əvvəlində də oyunlar keçiriləcək.Yarış mayın 23-də başa çatdırılacaq.Təqvimin təfərrüatları isə sabah açıqlanmalıdır.