“Tour de France” veloyürüşünün 2-ci mərhələsində iştirakçılar 186 km məsafəni qət ediblər. Fransalı velosipedçi Julian Alafilipp finiş xəttini rəqiblərindən tez keçib. O, 4 saat 55 dəqiqə 27 saniyə nəticə göstərib. İsveçrə idmançısı Mark Hirşi 2-ci olub. İlk üçlüyü isə britaniyalı Adam Yeyts tamamlayıb. Ümumi yarış cədvəlinə Julian Alafilipp başçılıq edir. O, 8 saat 41 dəqiqə 35 saniyə nəticə ilə birincidir. Adam Yeyts liderdən cəmi 4 saniyə geri qalır. Mark Hirşi isə 3-cüdür. O, 2 turdan sonra 8 saat 41 dəqiqə 42 saniyə nəticə göstərib.